Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyət haqqında

30 sentyabr 2020 | 16:00

Hərbi vəziyyət haqqında
Tarixən dövlətlər öz məqsədinləriə çatmaq üçün bütün siyasi və digər idarəetmə formalarından yararlanmışlar. Eyni zamanda, hərbi maraqları təmin etmək üçün hərbi vəziyyətdən də istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları da bu tarixi zərurətdən yararlanaraq ölkədə hərbi vəziyyət elan etmişdir. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, həmçinin həmin Fərman ilk növbədə xalq, dövlət və ordu birliyini gündəmə gətirir.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına verilən adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü olaraq orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Hərbi vəziyyət həmçinin Ermənistanın yürütdüyü işğal siyasətinə cavabdır. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı kimi deyil, erməni işğalının qarşısının alınması siyasətidır.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyəti kimi dəyərləndirilməlidir. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış bir siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə yekdil fikridir.
Azərbaycan dövləti həmişə bəyan etdiyi dəyərlərə sadiq qalmışdır. Azərbaycan Respublikası Ermənistandan fərqli olaraq heç vaxt işğalçılıq siyasəti yürütməmişdir. Tolerantlıq, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərimizdən biridir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır və bundan ötrü kimsədən də icazə almaq haqqında fikirləşmir.
Hərbi vəziyyətin elan olunması eyni zamnda dövlət tərəfindən milli birliyə çağırışın bir formasıdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Müstəqillik elan olunduqdan sonra, ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərlərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanat vermələri milli birliyinin ən ali təcəssümüdür. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı onu göstərir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini etmişdir. Bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Inanırıq ki, bu seçim bizi birgə qələbəyə çatdıracaqdır
Fərid Əmirov —  Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Keçidlər