Uğurlu müsahibə
Uğurlu müsahibə
Azərbaycan Respublikasının Prezident İlham Əliyev 3 oktyabr 2020-ci il tarixində “Əl-Cəzirə” televiziya kanalına geniş mübahisə vermişdir. Prezident bildirmişdir ki, Ermənistan torpaqları həmişəlik işğal altında saxlamaq istəyir. Onlar status-kvonun dəyişməsini istəmədiklərinə görə münaqişənin bu qədər uzun çəkməsdir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bu günə qədər hələ də kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə yaradılan Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə əldə olunmamışdır. Burada birinci səbəb Ermənistanın tutduğu təxribatçı mövqe, ikinci səbəb isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən heç bir təkidin göstərilməməsi və təzyiqin olmamasıdır.
BMT Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da belə qərqr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və digər beynəlxalq təşkilatlar da ermənistanı işğalçı dövlət kimi tanımışdır. Lakin bütün bunlar Ermənistan üçün kifayət olmamışdır. Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında çoxlu ziddiyyətlər görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması onu göstərir ki, beynəlxalq hüquq ya işləmir, ya da selektiv üsulla işləyir.
Ermənistan daima müzakirələri pozan tərəfdir. Son iki ildə “inqilab”dan sonra Ermənistanın bəyan etdiklərinə nəzər saldıqda görürür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar. Bu isə danışıqların pozulmasına xidmət etmişdir. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törətmişlər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum etdilər. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu məhv edilmiş və qrupun başçısı yaxalanmışdır.
Ermənistan danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Səbəblərdən biri də onların daxili çətinliklərinin olmasıdır. Ermənistan çox ciddi siyasi böhrandan əziyyət çəkir. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb.
Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaqdır. Azərbaycan sülh yolunu tapmaq istəyir. Ona görə də uzun illərdir gözləyirdi və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü oldu. Lakin görüşlər tamamilə mənasız idi, formal xarakter daşıyırdı. Onlar, əraziləri geri qaytarmayacaqlarını deyirdilər.
Bildiniz kimi atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Mülki şəxslər arasında 24 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlar arasında yüzdən çox yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb.
Işğal altında olan ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.
Ermənilərin gündəmə gətirdiyi “öz müqəddəratını təyinetmə” beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, eyni zamanda, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını artıq bir dəfə təyin edərək müstəqil Ermənistan dövləti yaratmışlar.
Bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir.
Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Türkiyə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu dəstəyi hiss edirik. Türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Qarabağda nə ediriksə, özümüz edirik. Ordumuzda və ehtiyatda kifayət qədər insanlar var. Qismən səfərbərlik elan edilib. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkanımız var. Hələlik buna ehtiyac yoxdur.
Diplomatiya bir şərtlə işləyə bilər. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq
Nurlan Hüseynov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, Nərimanov rayonun könüllüsü