Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 3-də keçiriləcək “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı elmi praktiki videokonfransda iştiraka vəsiqə qazanmış Nərimanov rayon məktəbliləri ilə onlayn görüş təşkil edilib.

29 yanvar 2021 | 16:00

29 yanvar 2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 3-də keçiriləcək “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı elmi praktiki videokonfransda iştiraka vəsiqə qazanmış Nərimanov rayon məktəbliləri ilə onlayn görüş təşkil edilib.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin əməkdaşları, inşa yazıları ilə konfransda çıxışa vəsiqə qazanan rayon məktəbliləri (VIII-XI sinif şagirdləri)  və onların fənn müəllimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan İ.Mahmudova Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən savaşında qazandığı tarixi zəfər barədə geniş məlumat verərək, keçirilən tədbirin şagirdlərimizin milli-mənəvi dəyərlərə sadiq bir şəxsiyyət olaraq vətənpərvərlik ruhunda tərbiyə olunması, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, onların Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirilməsi və intellektual bilik səviyyələrinin daha da yüksəldilməsində mühüm əhəmiyyətini qeyd edib. İ.Mahmudova göstərilən dəstəyə görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müəllim və şagirdlərin adından öz dərin minnətdarlığını bildirib, həmçinin məktəblilərə növbəti mərhələdə müvəffəqiyyətlər arzulayıb.
Qeyd olunub ki, birinci mərhələdə rayon ərazisində yerləşən məktəb və liseylərdə təhsil alan ümumilikdə 150-yə yaxın şagirdin müəllifi olduğu 17 mövzu üzrə inşa yazıları sırasından 35-i seçilərək 2-ci mərhələyə keçib. Daha sonra 2-ci mərhələni uğurla başa vuran on təhsil müəssisəsinin hər birindən orada təhsil alan bir şagirdin müəllifi olduğu, Vətən Müharibəsində qazanılan tarixi zəfər, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətə həsr olunmuş, bir-birindən fərqli müxtəlif mövzuları əhatə edən 10 inşa yazısı konfransda iştiraka layiq görülüb.
İnşa yazıları, müəllifləri tərəfindən çıxışlarla təqdim edildikdən sonra onlar ətrafında fikir mübadiləsi aparılıb. Məktəblilərə Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim ediləcək.

Keçidlər