Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsinin Nərimanov rayonu üzrə qalibləri mükafatlandırılıb.

16 fevral 2021 | 16:00

Müəllifi olduqları inşa yazıları ilə 3 fevral 2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsində iştirak etmiş rayon məktəbliləri Nərimanov Rayon İcra Hakimiyyətində mükafatlandırılıb.

Məktəbliləri qəbul edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova onları təbrik edib, sözügedən konfransda fəal iştirak edərək rayonumuzu layiqli şəkildə təmsil etdiklərinə görə dərin minnətdarlığını bildirib və məktəblilər arasından şəhərimizin digər rayonlarının məktəblilərinin qatılacağı ümumşəhər turuna vəsiqə qazanan iki şagirdə - 177 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Elvin Məlikova və 39 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Nilgün İbadovaya yekun mərhələdə müvəffəqiyyətlər arzulayıb.
Məktəblilər də onların milli-mənəvi dəyərlərə sadiq bir şəxsiyyət olaraq vətənpərvərlik ruhunda tərbiyə olunması, intellektual səviyyələrinin yüksəldilməsi məqsədini daşıyan tədbirin təşkilinə görə Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliklərinə təşəkkürlərini bildiriblər. Sonda məktəblilərə Rayon İcra Hakimiyyətinin “Fəxri fərman”ı və hədiyyələr təqdim edilib.

Keçidlər