Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir

22 mart 2021 | 16:00

Nərimanov rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir
Nərimanov rayonunda Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdan ibarətdir.
  Əhalinin vaksinasiya olunması üçün Nərimanov rayonunda ümumilikdə 4 tibb məntəqəsində (4, 8, 18 və 37 saylı poliklinikalar) bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur. Hazırda rayonda 40 yaşdan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
          22 mart 2021-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyevə və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevə COVID-19 əleyhinə ikinci doza vurulmuşdur.

Keçidlər