Nərimanov rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Nərimanov rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Əhalinin vaksinasiya olunması üçün Nərimanov rayonunda ümumilikdə 4 tibb məntəqəsində (4, 8, 18 və 37 saylı poliklinikalar) bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur. Hazırda rayonda 40 yaşdan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
randevu.its.gov.az saytı vasitəsilə onlayn qaydada götürülmüş görüş vaxtına uyğun olaraq 29 mart 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov və İcra Hakimiyyətinin yaşı 40-dan yuxarı olan əməkdaşları COVID-19 əleyhinə birinci doza peyvənd olunmuşdur.
Onu da qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyəti COVID-19 əleyhinə peyvəndlənmə barədə rayon sakinləri arasında aktiv maarifləndirmə və təbliğat işlərini davam etdirir.