Nərimanov rayonunda hemofiliya və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
Bu gün, Nərimanov Rayon İcra Hakimiyyətinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək vermək, eyni zamanda, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın insanları könüllü qanvermə aksiyalarına qoşulmaq çağırışına cavab olaraq, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək, xüsusilə pandemiya nəticəsində azalan qan ehtiyatını artırmaq məqsədi ilə Odlar Yurdu Universitetinin inzibati binasında könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada qurumların əməkdaşları ilə yanaşı, çoxsaylı könüllü iştirak etmişdir.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilmişdir.
Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.