Şriftin ölçüsü :

Saytın rəngi :

20 aprel 2011-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin xatirəsi yad edilib.

21 aprel 2021 | 16:00

21 aprel 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon könüllüləri, gəncləri və şəhid Elçin Kərimbəylinin ailə üzvləri şəhidin məzarını ziyarət etdilər, gül əklikləri qoydular.
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil almışdır.
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilmişdir.
Ailədə 2 qardaş idilər. Özündən balaca bir qardaşı var, hal hazırda həqiqi hərbi xidmətdədir.
20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Allah rəhmət eləsin!

Keçidlər