Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.

23 aprel 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən Müharibəsində  Şanlı Ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə isə rüsvayçı məğlubiyyətin acı taleyini yaşatdı. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Ölkəmizdə yaşayan bütün milli azlıq nümayəndələri milli vəhdət halında Vətən Müharibəsində qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə böyük sücaət və igidlik nümayiş etdirmişlər.
22 aprel tarixində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Nərimanov Rayon İcra Hakimiyyətində Real TV-nin təşkilatçılığı ilə ərsəyə çatan,  Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirilən, azərbaycanlılarla yanaşı, müharibədə iştirak edən, Azərbaycanı özünə ANA VƏTƏN seçmiş fərqli dinlərin və millətlərin nümayəndələrinin ülvi Vətən sevgisindən bəhs edən  “Dəmir yumruq”  adlı sənədli filminin təqdimatı olmuşdur.
Filmin nümayişindən əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinn başçısı Abdin Fərzəliyev çıxış edərək tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmiş,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün müharibə iştirakçılarına təşəkkürünü bildirmiş, qəhrəman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırmışdır. Abdin Fərzəliyev çıxışında hər zaman şəhid ailələrinin və qazilərin yanlarında olduqlarını, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Azad Hümbətovun atası Arif Hümbətov şəhid ailələri və müharibə iştirakçıları adından çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Sonra  “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilmişdir. Çox maraqlı və təsirli olan, Zəfər ruhlu bu filmi Nərimanov rayon rəhbərliyi ilə birlikdə tədbirdə iştirak edən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon idarələrinin rəhbərləri, eləcə də könüllülər izləmişlər.

Keçidlər