Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əli Qasımovun doğum günündə məzarı ziyarət olunub

20 may 2021 | 16:00

Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlayan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Nərimanov rayon sakini “Vətən uğrunda” medalı ilə təltif olunmuş Qasımov Əli İbrahim oğlunun bu gün doğum günüdür.
Torpaqlarımızın azadlığını canı, qanı bahasına qoruyan şəhidin doğum gününündə onun əziz xatirəsini yad etmək məqsədilə bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin əməkdaşları şəhid Əli Qasımovun dəfn edildiyi ata yurdunda, Tovuz rayonunun Hacallı kəndində şəhidin məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Tahir İbrahimov rayon icitimaiyyəti adından Vətən uğrunda canından keçən şəhidimizin ailəsinə Allahdan rəhmət və səbr diləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Əlinin xatirəsinin bundan sonra da daim əziz tutulacağını bildirib.
Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Keçidlər