Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları onların ailə üzvlərinə təqdim edilib

02 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamlarına əsasən Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş Nudirəliyev Zaur İsmayıl oğlu, Əhədov Mehrac İntiqam oğlu və Qasımov Şəhriyar Vəzir oğlunun ailə üzvlərinə bu gün Nərimanov Rayon İcra Hakimiyyətində medallar təqdim olunub.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Yusif Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak edib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladığını, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub.
Daha sonra çıxış edən SHXÇDX-nin rəis müavini, general-mayor Yusif Mirzəyev Vətən Müharibəsi iştirakçılarının göstərdikləri şücaətlərdən, onların Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğundan söz açmışdır.
Daha sonra Vətən Müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan Nudirəliyev Zaur İsmayıl oğlunun “Vətən Müharibəsi Qəhrəmanı”, Əhədov Mehrac İntiqam oğlunun  və Qasımov Şəhriyar Vəzir oğlunun “Vətən uğrunda” medalları onların ailə üzvlərinə təqdim edilib.
Sonda şəhid ailələri onlara göstərilən dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər