Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikada ilk dəfə “Qraffiti” üzrə rəsm müsabiqəsi keçirilmişdir

24 yanvar 2013 | 16:00

Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Respublikada ilk dəfə olaraq “Qraffiti” üzrə rəsm müsabiqəsi keçirilmişdir.
Respublikada ilk dəfə olaraq keçirilən “Qraffiti” üzrə müsabiqə “Elit” Ticarət Mərkəzində yerləşən Bakı Metkarting Klubunda 22-23 yanvar 2013-cü il tarixlərində təşkil edilmişdir.
2 gün ərzində keçirilən müsabiqədə 35 Qraffiti işi işlənmişdir ki, bunlardan da I, II, III və fərqlənən yerlər seçilmişdir.
Qalib gəlmiş iştirakçılar təşkilatçılar tərəfindən diplom, noutbuk və netbuklarla mükafatlandırılmışlar.
 

Keçidlər