Şriftin ölçüsü :

Saytın rəngi :

Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva böyük coşqu ilə qarşılandı

07 sentyabr 2021 | 16:00

07 sentyabr 2021-ci il tarixdə rayonun fəal gənc və könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılandı.
Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci oldu. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.

Keçidlər