Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əhmədağa İskəndərovun doğum günü qeyd olunub

21 sentyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid oğullarımızdan biri, Nərimanov rayon sakini Əhmədağa İskəndərovun bu gün doğum günü qeyd olunub.
“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş qəhrəman şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı ailə üzvləri ilə birgə ziyarət olunub və igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Əhmədağa İskəndərovun ailəsini yaşadıqları ünvanda ziyarət edib və şəhidin yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə təqdim olunub.
Eyni zamanda, şəhidin doğum günündə onun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib. Turnirin açılışında iştirak edən şəhidin ailə üzvləri Vətən Müharibəsi zamanı Azərbaycan əsgərlərinin fədakarlığından, gənclərimizin yüksək vətənpərvərlik hissindən qürur duyduğunu söyləmişdirlər. Sonda şəhidimizin atası Novruz İskəndərov turnir qaliblərini mükafatlandırıb.
Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini bildirib və bu diqqətə görə Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını çatdırıblar.

Keçidlər