Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhmədağa İskəndərov anım günündə yad edilib

09 oktyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Əhmədağa İskəndərovdur. Onun əziz xatirəsi bu gün Nərimanov rayonunda dərin hörmətlə yad edilmişdir.
İlk öncə şəhidin məzarı Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, RİH-nin kollektivi, rayonun fəal gəncləri şəhid ailələrinin üzvləri ilə birgə ziyarət edilmiş, şəhid Əhmədağanın və bütün şəhidlərin unudulmaz xatirəsi böyük ehtiramla anılmışdır. Ziyarət zamanı Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, mövqeyi və diplomatiyası sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan, şəhid Əhmədağanın şərəflə keçdiyi həyat yolundan və onun göstərdiyi şücaətdən danışılmışdır. Şəhidlərimizin heç zaman unudulmadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın ilk günlərdən onların yanında olduğu, qayğılarına xüsusi həssaslıqla yanaşıldığı qeyd edilmişdir. 
Bundan əlavə şəhid Əhmədağa İskəndərov və şəhid polkovnik-leytnant Qərib Baxşəliyevin təhsil almış olduğu 82 saylı tam orta məktəbdə şəhidlərin xatirə lövhəsinin açılışı olmuşdur. Yaradılan xatirə guşəsində şəhid Əhmədağa İskəndərov və Qərib Baxşəliyevlə bağlı məlumatlar qeyd olunaraq onların təltif və medalları yerləşdirilib. Xatirə lövhəsinin açılışında şəhid Əhmədağa İskəndərovun atası Novruz Əhmədov və onun ailə üzvləri, şəhid Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, Rayon Bələdiyyəsinin sədri, məktəb kollektivi, rayon gəncləri iştirak edib. Məktəblilər tərəfindən şəhid Əhmədağa İskəndərov və şəhid Qərib Baxşəliyevə həsr olunmuş bədii və video kompozisiyalar göstərilmişdir.  Müəllim və sinif yoldaşları şəhidilərimizin hələ məktəbli yaşlarından necə vətənə bağlı, qorxmaz və mətin olduqları ilə bağlı öz xoş xatirələrini bölüşmüşmüşlər.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük rolu olduğunu qeyd edib.
Xatirə guşəsinin təqdimatından sonra şəhidlərimizin təhsil aldığı və adları verilmiş sinif otaqları ziyarət olunub.
Eyni zamanda məktəbdə şəhid Əhmədağa İskəndərovun anım günündə onun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmiş, şəhidimizin atası ilk gedişi edərək turniri açıq elan etmişdir. Sonda qaliblər şəhid ailələrinin iştirakı ilə mükafatlandırılmışdır.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Əhmədağa İskəndərovun adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhidimizin Vətən Müharibəsi zamanı göstərdiyi şücaət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Əhmədağa İskəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid ailələləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər