Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidlərinin anım günləri Nərimanov rayonunda qeyd edildi

23 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız - Murad Məmmədovun və Ziyad Muradovun anım günləri Nərimanov rayonunda qeyd olunub.
İlk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə onların məzarlarını ziyarət etmiş, unudulmaz xatirləri dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.
Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaət Müzəfər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Şəhid Murad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, Şəhid Ziyad Muradov isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” meddaları ilə  təltif ediliblər.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib, adlarına ehsan verilib, onların ruhuna dualar oxunub.
Tədbirlərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz çıxışlarında Vətən Mügharibəsi zamanı Xalq–Ordu birliyindən hamının qürur duyduğunu, şəhidlərimizin həyat yolunun və qəhrəmanlıqlarının yetişən gənclərə bir nümunə olduğunu qeyd etmişdir. O cümlədən digər çıxış edənlər şəhid ailə üzvlərinin dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini vurğulamış və onları daim diqqətdə saxlayıb, yanlarında olmaq hər bir soydaşımızın borcu olduğunu bildirmişdir.
Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr - Anım günündəki yürüşdə Murad və Ziyadın portretləri də qaldırılmışdır. Həmin portretlər şəhidlərin ailə üzvlərinə təqdim edilmiş, onlar isə öz növbəsində şəhidlərin xatirələrinə verilən qiymət və hörmətə, hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezdenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər