Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

11 dekabr 2021 | 16:00

11 dekabr tarixdə Nərimanov rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və müavinləri, Vətən Müharibəsi şəhidlərinin valideynləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nərimanov rayon Təşkilatının və rayon Bələdiyyəsinin sədri, rayonun fəal gəncləri iştirak etmişlər.
İlk öncə Ulu Öndərin büstü önünə güllər qoyularaq xatirəsi dərin ehtiramla yad edilmişdir.
Tədbiri Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükut ilə yad edilməsindən sonra açıq elan edən rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Eyni zamanda, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb. O cümlədən bu yaxınlarda Həştərxan şəhərinin həm təhsil, həm də memarlıq nöqteyi nəzərindən ön sırada gedən Heydər Əliyev adına orta məktəbə Ümummilli Liderin adının verilməsinin 10 illiyi münasibətilə keçiriləcək tədbirlər, habelə Heydər Əliyev Fondu tərəfindən məktəbə göstərilən qayğını tədbir iştiakçılarının diqqətinə çatdırmışdır.
Anım mərasimində çıxış edən Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Kamran Hüseynovun atası Bəhman Hüseynov şəhid ailələri adından çıxış edərək Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Ulu Öndərimizin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırıb. B.Hüseynov həmçinin Vətən Müharibəsindəki möhtəşəm Qələbəmizin bünövrəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu müqəddəs missiyanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən misli görünməmiş uğurla həyata keçirildiyini vurğulamışdır. 
Digər çıxışçılar öz növbəsində Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.

Keçidlər