Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məskunlaşmış Xocalılarla görüş keçirilib

26 fevral 2022 | 16:00

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalılarla görüş keçirilib. Görüşdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib  ki, faciə qurbanlarınının xatirəsinin anılması, soyqırım hadisəsinin beynəlxalq aləmdə tanıdılması çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox mühüm və zəruri tədbirlər həyata keçirilib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdə Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbirdə Nərimanov Rayon Ağsaqqalar şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov və soyqırımı qurbanlarının ailə üzvləri çıxış edərək bu faciənin dəhşətlərindən danışmış, onlara dövlət tərəfindən göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər