Nərimanov rayonunda səyyar qəbul keçirililib
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda səyyar qəbul keçirib.
Keçirilən görüşdə rayon rəhbərliyi, RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, ağacların budanması, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, küçələrin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən tarixi Qələbənin hamıda iftixar hissi doğurduğunu qeyd edərək, qazanılmış böyük Zəfərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.