«2 Fevral – Azərbaycan Gəncləri Günü» münasibəti ilə Kor və zəif görənlər üçün internat məktəbində uşaqlarla görüş keçirilmişdir.
«2 Fevral – Azərbaycan Gəncləri Günü» münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Kor və zəif görənlər üçün 5 nömrəli respublika internat məktəbinin şagirdləri üçün bayram tədbiri təşkil edilmişdir.
Tədbirdə rayon rəhbərliyi, Rayon İcra Hakimiyyətinin nümayəndələri, internat məktəbin şagirdləri və rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbirdə məktəbdə təhsil alan uşaqlar üçün təşkilatçılar tərəfindən ziyafət təşkil olunmuş və musiqili ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Bayram şənliyində Odlar Yurdu Universitetinin istedadlı fəal tələbələri və internat məktəbin şagirdləri musiqi proqramı ilə tədbirə rəngarənglik qatmışlar.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adından Kor və zəif görənlər üçün internat məktəbə qiymətli hədiyyələr təqdim olunmuşdur.