Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilib

31 mart 2022 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətində tarixçilərin, alimlərin, ziyalıların və gənclərin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş görüş keçirilib.
İlk öncə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbiri iştirakçıları İcra Hakimiyyətinin foyesində təşkil edilmiş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.  
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin  başçısı Elgin Həbibullayev bildirib ki, tariximizin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Azərbaycanın müxtəlif ərazilərində kütləvi qətllər nəticəsində onminlərlə Azərbaycanlı qətlə yetirilib. Sovet dövründə bu həqiqətlərin əsl mahiyyəti gizlədilirdi. Yalnız müstəqillik dövründə ədalət bərpa olundu. Soyqırıma hüquqi və siyasi qiymət verildi. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı günü” elan etdi.  Bu gün həqiqətlərinin dünyada yayılması istiqamətində mühüm və tarixi işlər görülür. Möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada Soyqırımı Memorial Kompleksi yaradıldı. Soyqırımı həqiqətləri bütün dünyaya nümayiş etdirildi.
İcra başçısı vurğulayıb ki, uzun illərdir erməni faşizmi ilə mübarizədə torpaqlarını itirən Azərbaycan tarixdə ilk dəfə, Böyük Lider, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad etdi, onları  kaputilasiyaya məcbur etdi. 44 günlük müharibədə Ermənistan üzərində Şanlı Qələbə qazanıldı. 
Bu tarixi qələbə - İlham Əliyev şəxsiyyətinin qələbəsidir, möhtərəm cənab Prezidentin apardığı siyasətin nəticəsidir.
Tədbir Bakı “Avrasiya” Universitetinin prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru S.Qasımovun, tarixçi alim R.Rzaxanovun və digər iştirakçıların çıxışları ilə yadda qaldı.

Keçidlər