Nərimanov rayonunda monitorinqlər aparılır
Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması məqsədilə Nərimanov rayonu ərazisində də reydlər keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli struktur bölmələrinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən insanların kütləvi toplaşdığı ictimai-iaşə obyektlərində yanğın və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlər görülür.
Mütəxəssislər tərəfindən obyektlərə baxışlar keçililir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır. Aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlər görülür. Təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılır.
İctimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, qanunamüvafiq tədbirlərin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasıdır.