Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda iftar süfrəsi təşkil edilib

22 aprel 2022 | 16:00

Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyi və ictimaiyyətinin, ziyalıların, Vətən müharibəsi şəhid ailələrinin və qazilərinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, artıq ikinci ildir ki, ölkəmiz Ramazan ayını  Qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin vitse-spiker Adil Əliyev  çıxış edib.  Möhtəşəm Qələbəmizin şanlı tariximizin ən böyük hadisəsi olduğunu qeyd edən vitse-spiker, bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərində Dünya azərbaycanlılarının V konfransının təşkil edilməsi hər birimizə qürur dolu anlar yaşadır.
Məclisdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Keçidlər