Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanovda sakinlərlə səyyar görüş keçirilib

11 may 2022 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayon 207 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə rayon rəhbərliyi, RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda çıxış edən icra başçısı, Möhtərəm cənab Prezidentin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Daha sonra vətəndaşlar  rayon rəhbərliyi tərəfindən fərdi  qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Sakinlərin müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, təmir-tikinti məsələləri, tikinti şirkətlərinin fəaliyyətindəki nöqsanlar, işlə təmin olunma, müalicə və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Qəbulda iştirak edən sakinlər vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər