Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda bəzi küçə və prospektlərdə yenidənqurma işləri aparılmışdır

12 fevral 2013 | 16:00

Ötən il paytaxtın Nərimanov rayonunun Xətai, Azadlıq prospekti, akademik H.Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələri yenidən qurulmuşdur.
Həmin dövrdə “Gənclik” meydanında Nəqliyyat Nazirliyi tərəfindən yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin, həmçinin “Gənclik” metro stansiyasının ətrafındakı binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması və şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Bundan başqa, paytaxtın ümumi görkəminə xələl gətirən, istismar müddəti keçmiş və yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək digər ərazilərə köçürülməsi istiqamətində də rayonda müvafiq tədbirlər görülür.
Sökülməsi nəzərdə tutulmuş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə milli memarlıq üslubunda müasir, tam təmirli binalar inşa edilir.

Keçidlər