Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Diplomatik Akademiyası “Açıq dərs” həftəsi keçirir

19 fevral 2013 | 16:00

Azərbaycan Diplomatik Akademiyası (ADA) magistratura proqramlarına sənəd qəbulu ilə bağlı artan ictimai marağı nəzərə alaraq bu həftəni “Açıq dərs” həftəsi elan etmişdir.
Akademiyadan bildirmişlər ki, müəllim heyətinə daxil olan yerli və xarici professorlar fevralın 19-dan 22-dək müxtəlif mövzulara həsr edilmiş açıq dərslər keçirəcək, potensial tələbələrə ADA-nın magistratura proqramlarını bu dərslər əsasında təcrübədən keçirmək imkanı yaradacaqlar. Akademiyada təhsil ingilis dilində olduğu üçün “Açıq dərs” həftəsi də gələcək magistrantları aşağıdakı mövzular üzrə ingilis dilində məruzələrə dəvət edir: “Beynəlxalq biznes”, “İqtisadiyyatın beş prinsipi”, “Beynəlxalq siyasi iqtisadiyyat” və “İctimai siyasətə giriş”. Maraqlı olan şəxslər admissions@ada.edu.az ünvanı vasitəsilə qeydiyyatdan keçərək mühazirələrdə iştirak edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyası 2013-2014-cü tədris ilində Diplomatiya və beynəlxalq münasibətlər (MADİA), İctimai siyasət (MPP), eləcə də Biznesin idarəedilməsi (ExecutiveMBA) ixtisasları üzrə magistr proqramlarına qəbul elan etmişdir.

Keçidlər