Şriftin ölçüsü :

Saytın rəngi :

82 saylı orta məktəbin qızlardan ibarət basketbol komandası Nərimanov rayon çempionu oldu

23 fevral 2013 | 16:00

20-22 fevral 2013-cü il tarixdə 45 saylı tam orta məktəbdə Nərimanov rayon məktəblilərinin XXV spartakiadasının proqramına daxil olan qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda rayonun 18 məktəb komandası tərkibində 216 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 82 saylı məktəbin komandası, II yerə 212 saylı məktəbin komandası, III yerə isə 45 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər