Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Xocalı soyqırımının qurbanlarının xatirəsini anma tədbirləri keçirilir

27 fevral 2013 | 16:00

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar, rayonun idarə və təşkilatlarında, xüsusilə də ümumtəhsil müəssisələrində insanlığa qarşı cinayət olan bu dəhşətli faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilmişdir.
26 fevral 2013-cü il tarixdə Nərimanov rayonunun ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişdir.
Rayonun təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilmiş və şagird və tələbələrə Xocalı qətliamının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atması haqqında ətraflı məlumat verilmişdir.

Keçidlər