Kitabxanada anma gecəsi keçirilmişdir
2013-cu ilin fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı
soyqırımının 21-ci ildönümünə həsr edilən “Xocalını unutmadıq!” mövzusunda anma gecəsi
keçirilmişdir.
Mərasimin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva Xocalı faciəsinin
tarixi, soyqırımın beynəlxalq aləm tərəfindən tanınması istiqamətində ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir.
Sonra əslən Xocalıdan olan, Azərbaycan radiosunun uşaq verilişləri şöbəsinin müdiri,
şair və yazıçı Ələmdar Quluzadə Xocalı soyqırımından danışmış, onu Xatın, Xirosima hadisələri
ilə müqayisə etmiş, şagirdlərə “Salam, Xocalı dərdi”, “614-cü şəhid “ və başqa şeirlərini
oxumuşdur.
Kitabxananın oxu zalında kitablardan və uşaqların çəkdikləri rəsmlərdən ibarət “Qan
yaddaşımız, Xocalı!” mövzusunda sərgi nümayiş etdirilmişdir.
Tədbirdə Nərimanov rayonunda yerləşən 212 nömrəli orta məktəbin şagirdləri iştirak
etmişlər.
Sonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.