Şriftin ölçüsü :

Saytın rəngi :

Kitabxanada ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

02 mart 2013 | 16:00

Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tarix salnaməmizin əbədiyaşar günəşi”
mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra ulu öndər
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ədəbi-bədii gecədə ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məruzə
dinlənilmişdir. Həmçinin 193, 64, 39 nömrəli tam orta, 8 nömrəli musiqi məktəblərinin
şagirdlərinin ifasında musiqili-ədəbi kompozisiya təqdim edilmişdir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs dən kitab
sərgisini böyük maraqla seyr etmişlər.

Keçidlər