Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş turnir keçiriləcəkdir
2013-cu ilin 02 mart tarixində Respublika Qadınlar Cəmiyyətində növbəti toplantı
keçirilmişdir.
Tədbirin əvvəlində cəmiyyətin sədri Bahar Qasımova qurumun gördüyü işlərdən və
qarşıda duran vəzifələrdən söz açmışdır. B.Qasımova vurğulanmışdır ki, Hollandiyada gözdən
əlil gənclər arasında keçirilmiş şahmat turnirində cəmiyyətin dəstəyi ilə ölkəmizi təmsil edən
gözdən əlil, yeniyetmə həmyerlimiz Haqq Rüstəmov ikinci yeri tutaraq hamımızı sevindirmişdir.
Bildirilmişdir ki, cəmiyyətin təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin,
Nərimanov Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə martın 23-dən 25-dək oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş 18 yaşadək gözdən əlil
gənclər arasında şahmat üzrə turnir keçiriləcəkdir.
Tədbirdə şairə-publisist Maral Əliqızının uşaqlar üçün yazdığı “Nağıllı dünyam”
kitabının və onun redaktorluğu ilə işıq üzü görmüş “Elm və zəka” jurnalının növbəti nömrəsinin
təqdimatı olmuşdur.