Keyfiyyətsiz ərzaq məhsulları məhv edilmişdir
05 mart 2013 | 16:00
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən yayılmış məlumata əsasən, monitorinqlər zamanı
Bakının bir sıra rayonlarında, o cümlədən Nərimanov rayonunda saxlama müddəti ötmüş və
normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq ediləcəkdir.