Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
2013-cu ilin martın 2 və 3-də Bakı şəhərinin Nərimanov rayonunda əvvəlcədən müəyyən
olunmuş yerdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt
əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara
mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş
yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından gətirilmiş 32,6 ton kənd06.03.13
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir təsərrüfatı
məhsulları və Goradil broyler fabrikindən daxil olmuş 3, 3 min ədəd yumurta satılıb qurtarmaq
üzrədir.
Yarmarkada ilk baxışdan bir səliqə-sahman, bolluq və canlanma gözə çarpır, çeşidlərin
bolluğu hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq daha çox meyvə-tərəvəzlər və digər
məhsullar, o cümlədən balqabaq, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur ət,
ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi. Məhsullar arasında Novruz süfrələrinin bəzəyi
olan müxtəlif çərəzlər də üstünlük təşkil edirdi.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət
Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və
keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq
edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri
yarmarkada qayda-qanuna nəzarət edirdilər.