Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

06 mart 2013 | 16:00

Cari ilin martın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin
təşkilatçılığı ilə Nərimanov rayonundakı 57 nömrəli orta məktəbdə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Fövqəladə hallarda özünü necə
aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə FHN-in, eləcə də Mülki Müdafiə Qoşunlarının, dövlət yanğından mühafizə,
dövlət yanğın nəzarəti, dövlət sularda xilasetmə, xüsusi riskli xilasetmə və tibb xidmətlərinin,
həmçinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları,
məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbirdə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda çıxış edən məktəbin
direktoru Aidə Əhmədova ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi və respublikamızda gənc hərbi kadrların yetişdirilməsi
sahəsində misilsiz xidmətlərindən danışmışdır. Əsası ümummilli lider tərəfindən qoyulmuş
gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
vurğulamışdır.

FHN-in Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytenant
Vaqif Teymurov bildirmişdir ki, qurum ehtimal olunan fövqəladə halların qarşısının alınması və
nəticələrinin aradan qaldırılması sahəsində əhalinin hazırlanması məqsədi ilə paytaxtın təhsil
müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Cari ildə keçiriləcək bu
qəbildən olan bütün tədbirlər ümummilli lider Heydər Əliyevin fövqəladə hallar orqanlarının
yaranmasındakı roluna həsr olunacaqdır.

Natiq əhalinin fövqəladə hadisələrdən müdafiə olunmasında təbliğatın təşkili və
aparılması yolları barədə ətraflı məlumat vermişdir. Böyük itkilər törədən təbii və texnogen
fəlakətlərdən müdafiə olunmağın vacibliyini bildirən V.Teymurov demişdir ki, bu cür fövqəladə
hadisələrə əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifəsidir.

Sonra FHN və onun qurumlarının əməkdaşları şagirdlərlə birlikdə hazırladıqları
mühazirələri oxumuş və təqdimatlar keçirmişlər. Şagirdlərə kollektiv mühafizə qurğuları, təbii,
radiasiya, kimya, bioloji, terror xarakterli fövqəladə hallar, eyni zamanda, yanğın, partlayış və
nəqliyyat qəzası zamanı nə etmək, qaz cihazlarından istifadə zamanı və su hövzələrində
təhlükəsizlik qaydaları, həmçinin FHN-in fəaliyyət istiqamətləri və struktur qurumları, fövqəladə
halların təsnifatı ilə bağlı məlumat verilmişdir.

Daha sonra məktəbin həyətində xilasetmə əməliyyatlarının imitasiyası həyata keçirilmiş,
xüsusi xilasetmə və yanğınsöndürmə texnikası və vasitələrinin, cihazların, avadanlıqların
təqdimatı olmuş, şagirdlər onların istifadə qaydası və təyinatı, iş prinsipləri haqqında, eyni
zamanda, fövqəladə hallar zamanı ilkin tibbi yardımla bağlı məlumatlandırılmışlar.

Axtarış–xilasetmə və yanğınsöndürmə əməliyyatları üzrə nümunəvi praktik təqdimatlar
göstərilmişdir.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, FHN barədə sənədli
film və dəm qazı ilə bağlı video çarx da nümayiş olunmuşdur.

Keçidlər