Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın Vaqif prospektində magistral su xətti şəbəkəyə qoşulur

06 mart 2013 | 16:00

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Vaqif
prospektində yeni çəkilmiş 500 millimetr diametrli magistral su xəttinin şəbəkəyə qoşulması
işləri aparılır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən yayılmış məlumata əsasən,
bununla əlaqədar martın 5-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir
hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və A.Nemətulla
küçələrinə içməlisuyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir

Keçidlər