“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) paytaxtın orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qaliblərini mükafatlandırmışdır.
BŞGİBİ-nin mətbuat xidmətindən bildirmişlər ki, bununla bağlı Gəncliyə Yardım Fondunda keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Bir mahnının tarıxçəsi” filmi nümayiş etdirilmişdir.
Daha sonra tədbirə gələn qonaqlar çıxış edərək gənc istedadlara gələcək işlərində uğurlar arzulamışlar. Bildirilmişdir ki, müsabiqə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd edilməsi, gənclərin istedad və yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, gənc nəsildə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması məqsədi ilə təşkil olunmuşdur.
Müsabiqənin nəticələrinə əsasən, Binəqədi rayonundakı 267 nömrəli orta məktəbin şagirdi Gülsüm Hüseynova birinci, Səbail rayonundakı 49 nömrəli orta məktəbin şagirdi Azadə İsmayılova ikinci, Nərimanov rayonundakı 39 nömrəli orta məktəbin şagirdi Şamilə Ələkbərli üçüncü yerləri tutmuşlar.
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.