Bakının mərkəzi prospektində, Nərimanov rayonunda yeni radarlar quraşdırılmışdır
11 mart 2013 | 16:00
Bakının Nərimanov rayonunda, Vaqif prospektində yeni yol hərəkətinə nəzarət radarları quraşdırılmışdır.
Vaqif prospektində, hər iki istiqamətdə ( “Gənclik” metrostansiyasından Ceyhun Hacıbəyli küçəsinə doğru və əksinə, Azərbaycan Diplomatik Akademiyasının binası və parkın yaxınlığında) sütunlarda yeni nəzarət radarları quraşdırılmışdır.
Burada 60 km/saatda sürət məhdudiyyəti təyin olunmuşdur və radarın mövcudluğu barədə işarə quraşdırılmışdır