“Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.
15 mart 2013-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və AzDBTİA-nın birgə təşkilatçılığı ilə “Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans təşkil olunmuşdur.
Tədbirin əvvəlində Azərbaycan Respubliksaının Dövlət Himni səsləndirilmişdir.
Konfrans Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan AzDBTİA-nın rektoru, Əməkdar elm xadimi, professor Ağacan Abiyev Respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan milli təhlükəsizlik orqanınnın əvəzedilməz rolunu xüsusilə qeyd etmişdir .
Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin müavini, general-mayor Elçin Əliyev terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə əldə edilmiş önəmli nəticələrdən danışmışdır.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaş kimi yetişmələri üçün bu gün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini qeyd etmiş və Prezident İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə etimad göstərməsini vuğulamışdır. O, qeyd etmişdir ki, gənclər hər bir dövlətin gələcəyini, inkşafını istiqamətləndirən cəmiyətin aparıcı qüvvəsi sayılır. Ona görə də gənc nəslin inkişafı, onların layiqli vətəndaş kimi yetişməsi qarşıya qoyulan preoritet məsələlərdəndir və Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərin işi üzrə məsələləri, onlara olan qayğının vacibliyini diqqət mərkəzinə çəkirdi. O, Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün onların demokratik və hüquqi dövlət quruculuğu işinə cəlb edilməsini, cəmiyyət həyatında onların fəal iştirakına şərait yaradılmasını mühüm vəzifə kimi irəli sürürdü.
Çıxış üçün söz alan AzDBTİA-nın İctimai Elmlər kafedrasının müdiri, dosent Fərhad Mehbalıyev Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparıldığını, ötən müddətdə cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını və gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlar yaradıldığını qeyd etmişdir.
Konfransda AzDBTİA-nın müəllim və tələbələri, Milli Təhlükəsizlik Nazirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin məsul işçiləri və KİV-lərinin nümayəndələri iştirak etmişlər.