Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir

19 mart 2013 | 16:00

18 mart 2013-cü il tarixdə  Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə MKT İstehsalat Kommersiya MMC-nin Bakı İplik Fabriki və Beynəlxalq Ticarət Mərkəzinin iclas salonunda xalqımızın qədim və ən əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayon ərazisindən seçilmiş millət vəkillərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhid ailələrinin, nəhayət rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı təqdim edilmişdir.
Tədbirdə çixiş edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş və daim inkişaf edən ölkəmizin hər bir bölgəsində bu bayramın xüsusi sevgi ilə qarşılandığını qeyd etmişdir.
Üç saatadək davam edən bayram tədbirinə Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə xüsusi zövq qatmışlar.
Tədbirdə ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunmuş, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəmişdir.
Eyni zamanda, rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən şəxslər Rayon İcra Hakimiyyətinin Fəxri fərman və hədiyyələri ilə mükafatlandırılmışlar

Keçidlər