Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonundakı “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilmişdir

19 mart 2013 | 16:00

Martın 18-də Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların bu rayondakı “N” saylı hərbi hissəsində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, hərbi hissənin zabiti polkovnik Zəfər Əliyev zabit, gizir və əsgərləri Novruz bayramı münasibətilə təbrik etmiş, əsgərlərə cansağlığı arzulamış, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etmişlər.
Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışlar.
Vurğulanmışdır ki, bu günlərdə Daxili Qoşunların yaramasının 21-ci ildönümü qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı müvafiq Fərmanla hər il mart ayının 12-si Daxili Qoşunlar günü elan olunmuşdur.
Dövlət müstəqilliyimizin qorunmasında Daxili Qoşunların xüsusi xidmətləri vardır. Daxili Qoşunların şəxsi heyəti ölkədə əmin-amanlığın, ictimai asayişin qorunmasına, cinayətkarlığın qarşısının alınmasında mübarizəyə hər zaman hazırdır. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanır, uğurlarını və döyüş hazırlığını daim artırır.
Natiqlər Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açmışlar.
Sonra hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər.
Əsgərlərə bayramı sovqatı və digər hədiyyələr paylanmışdır

Keçidlər