Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Diplomatik Akademiyası “Yaxşı qonşu olaq” aksiyası keçirmişdir

19 mart 2013 | 16:00

Azərbaycan Diplomatik Akademiyasının müəllim və tələbə heyəti “Yaxşı qonşu olaq” devizi altında ətraf mühit aksiyası keçirərək təhsil kompleksinin yerləşdiyi “Gənclik” metro stansiyası yaxınlığındakı məhəllələrdə təmizlik işləri aparmış, ağaclar basdırmış, kağız tullantısı toplamışlar.
Nərimanov Rayon İcra Hakimiyyəti və “Coca-cola” şirkətinin dəstəyi ilə baş tutan bu təmizlik aksiyasında iştirak edən ADA-nın prorektoru Fariz İsmailzadə bildirmişdir: “Məhəllələrdə təmizlik işləri aparan ADA müəllim və tələbə heyətinin üzvlərinə aksiya zamanı sakinlər də qoşulmuşlar. Akademiyanın “yaşıl kampus” olduğu məlumdur. Yalnız biz, bu təmizlik və gözəlliyi tək öz divarlarımız arasında deyil, ətrafda da görmək istəyirik. Hər birimiz yaşadığımız icmaya görə məsuliyyət daşımalı, yaxşı qonşu olmağa çalışmalıyıq”. Metronun “Gənclik” stansiyası yaxınlığındakı məhəllələrdə “təmizlik günü” ADA tələbələrinin təşəbbüsü ilə martın 1-dən 15-dək keçirilən kağız emalı ilə bağlı kampaniyanın sonuna təsadüf etmişdir. Qarşılarına yarım ay ərzində 1000 kiloqram kağız tullantısı toplamaq məqsədi qoyan tələbələr intensiv kampaniya apararaq toplanan kağızları emal üçün “Azərsun holdinq” şirkətinin “Bakı karton fabriki”nə təhvil vermişlər.

Keçidlər