Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərinin bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır

26 mart 2013 | 16:00

Bakı şəhərində yeni metro stansiyasiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilmiş və hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
“Azərsu” ASC-dən bildirmişlər ki, bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Keçidlər