Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi münasibətilə təbriki.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi münasibətilə təbriki.
Azərbaycan Dövlət Dəmir Yolu
Liseyinin direktoru
cənab F.Abbasova
Hörmətli Fərrux müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivin müəllim heyətini, şagird və məzunlarını Azərbaycanın qədim və qabaqcıl təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Yeni nəsil kadrların yetişdirilməsi 90 il öncə belə bir təhsil müəssisəsinin yaradılmasını zəruri edirdi. 1923-cu ildə Fabrik-zavod məktəbi adı ilə fəaliyyətə başlayan bu təhsil müəssisəsinin yaradılması həmin dövrdə bütün təhsil sistemində əlamətdar tarixi hadisə olmuşdur.
Bu gün fəxrlə qeyd edirik ki, bu təhsil ocağının kollektivi 90 illik fəaliyyəti dövründə Azəırbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Bakı Metropoliteni üçün on minlərlə ixtisaslı milli kadr yetişdirərək məhsuldar və əhəmiyyətli xidmətlər göstərmiş, respublikamızın dinamik inkşafına dəyərli töhfələrini vermişdir.
Qocaman təhsil müəssisəsinin 90 illik fəaliyyət salnaməsinin məhsuldar dövrü Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Məhz onun respublikaya rəhbərliyi dövründən-1969-cu ildən bu təhsil ocağı öz funksiyasını təkcə ixtisaslı kadrları hazırlamaqla məhdudlaşdırmamış, eyni zamanda şagirdlərinə orta təhsil də verməyə başlamışdır.
Bu gün eyni ehtiram, diqqət və qayğı Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli varisi, ulu öndərin müəllifi olduğu inkişaf kursunu əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil ocaqlarına münasibətində özünü göstərir.
Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin ölkəmizin müstəqillik dövründə apardığı fəaliyyət ələlxüsus təqdirə layiqdir. Ötən illər ərzində məktəbin maddi-texniki bazası daha da möhkəmlənmiş, təhsildə, tədrisdə və şagirdlərin təlim-tərbiyəsi sahəsində yeni-yeni uğurlar əldə edilmişdir. Dövlət müstəqilliyinə qovuşan doğma respublikamızın aparıcı və strateji sahələrindən biri sayılan dəmir yollarının inkişafında, onun ahəngdar işinin təmin olunmasında ixtisaslı kadrların rolu danılmazdır. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin məzunları bu təhsil ocağında qazandıqları bilik və bacarıqlarını xalqımızın rifah halının yaxşılaşdırılması, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərdə uğurla tətbiq edirlər.
Əminik ki, Siz və rəhbərlik etdiyiniz Liseyin müəllim-mühəndis heyəti, pedaqoji kollektivi bundan sonra da gənc nəslin təlim-tərbiyəsində, ixtisaslı kadrların yetişdirilməsində səmərəli fəaliyyət göstərəcək, dövlətimizin təhsil siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi işinə layiqli töhfələr verəcəkdir.
Hörmətli Fərrux müəllim!
Bir daha Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ixtisaslı kadrların yetişdirilməsində Sizə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev