Nərimanov rayonunu təmsil edən tələbə “Hünər” VIII vətənpərvərlik mahnıları festivalının Respublika finalının qalibi olmuşdur
“Hünər” VIII vətənpərvərlik mahnıları festivalının Respublika finalının qalibi Nərimanov rayonunu təmsil edən Aysel Abbasova oldu
Martın 29-da Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə Bakı İdman Sarayında “Hünər” VIII vətənpərvərlik mahnıları festivalının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Festivalın məqsədi istedadlı gənclərin üzə çıxarılması, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi və Azərbaycanı tərənnüm edən mahnıların təbliğ edilməsindən ibarət olmuşdur.
Tanınmış müğənnilərdən ibarət münsiflər heyəti festivalın qaliblərini müəyyən etmişdir.
Münsiflər heyətinin qərarına əsasən birinci yerə Nərimanov rayonunu təmsil edən “Odlar Yurdu” Universitetinin tələbəsi Aysel Abbasova layiq görülmüşdür.
Qaliblərə GİN tərəfindən fərqlənmə diplomu və hədiyyələr təqdim olunmuşdur.
Tədbir festival iştirakçıları ilə yanaşı, tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam etmişdir.