Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəsurlar” hərbi-idman və turizm oyununun Nərimanov rayon final mərhələsi kechirilmişdir

04 aprel 2013 | 15:00

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 03 aprel 2013-cü il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 «Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi» bəndinin icrasını təmin etmək məqsədi ilə “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon final mərhələsi keçirilmişdir.
“Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralasında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarətdir.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 147 nəfər məktəbli (onlardan 42 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 258 saylı məktəbin komandası, II yerə 193 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər