Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

02 aprel 2013 | 15:00

Martın 30-31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından gətirilmiş 21,3 ton kənd təsərrüfatı məhsulları və Goradil broyler fabrikindən daxil olmuş 3 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Yarmarkada ilk baxışdan bir səliqə-sahman, bolluq və canlanma gözə çarpır, çeşidlərin bolluğu hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq daha kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ət, ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.

Keçidlər