İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilmişdir
03 aprel 2013 | 15:00
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Monitorinqlər zamanı Bakının bir sıra rayonlarında, o cümlədən Nərimanov rayonunda, eləcə də Respublikanın digər rayonlarında mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 220 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.