Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə bağçada “Nağıllar aləmində” adlı tədbir keçirilmişdir

03 aprel 2013 | 15:00

Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə “Mayak” uşaq bağçasında tədbir keçirilmişdir.
Hər il aprelin 2-i bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.
Məhşur nağılçı Hans Xristian Andersen məhz həmin gündə dünyaya göz açmışdır. Beynəlxalq Uşaq Kitabı Gününün keçirilməsinin təşəbbüskarı dünya uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, alman yazıçısı Yella Lermandır.
Kitabxanadan bildirmişlər ki, “Nağıllar aləmində” adı altında reallaşan tədbirdə MKS-in əməkdaşları tərəfindən balacalara nağıllar oxunmuşdur. Həmçinin uşaqlar nağıllara çəkilmiş illüstrasiyaları maraqla izləmişlər.

Keçidlər