Respublikada ilk dəfə gözdən əlil yeniyetmələr arasında şahmat turniri keçiriləcəkdir
03 aprel 2013 | 15:00
Aprelin 3-dən 5-dək Bakı Şəhər İdman və Gənclər Baş İdarəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Respublika Qadınlar Cəmiyyətinin (RQC) birgə təşkilatçılığı ilə gözdən əlil uşaqlar üçün respublika internat məktəbində ilk dəfə olaraq şahmat turniri keçiriləcəkdir.
Turnirdə 18 yaşınadək gözdən əlil uşaqlar və yeniyetmələr iştirak edəcəklər.