Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gözdən əlil uşaq, yeniyetmə və gənclər arasında şahmat turnirinin final və mükafatlandırma mərasimi keçirilmişdir

06 aprel 2013 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Respublika Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 5 aprel 2013-cü il tarixdə 5 nömrəli Respublika xüsusi gözdən əlil internat məktəbində Akademik Zərifə xanım Əliyevanın xatirəsini yad etmək məqsədi ilə anım tədbiri və görkəmli oftalmoloqun anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Respublikada ilk dəfə olaraq gözdən əlil uşaq, yeniyetmə və gənclər arasında keçirilən şahmat turnirinin mükafatlandırma mərasimi keçirilmişdir.
Turnirin keçirilməsində məqsəd Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyini geniş şəkildə qeyd etmək, xatirəsini yad etmək, əlil uşaq, yeniyetmə və gənclərə diqqət və qayğının artırılması, şahmat idman növünün təbliğ edilməsidir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov  Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri çıxış edərək görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın həyatı və geniş elmi-ictimai fəaliyyətindən, respublikamızda tibb elminin inkişafına verdiyi mühüm töhfələrdən danışmışlar.
Mərasimdə fiziki qüsurları olan uşaqlar üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmış, təşkilatçılara minnətdarlıq ifadə edilmişdir.
Turnirdə 18 yaşınadək gözdən əlil uşaq, yeniyetmə və gənclər iştirak etmişdilər. Yarışda 20 nəfər iştirakçıdan Rüstəmov Haqq I yeri, Məmmədov Nahid II yeri və Nəbiyev Anar III yeri tutmuşdular.  I, II və III yerləri tutan iştirakçılar müvafiq olaraq diplom və pul mükafatları, digər iştirakçılar isə fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunmuşdular.

Keçidlər